AZ

Rusiya və KTMT: Postsovet məkanında güc və nüfuz oyunu

ain.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Rusiya gələn il KTMT-yə sədrlik edəcəyi müddətdə bu təşkilatın beynəlxalq arenadakı potensialının və mövqeyinin gücləndirilməsinə töhfə verəcək.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Federasiya Şurasında hökumət saatı zamanı deyib.

“Gələn il Rusiya KTMT-yə sədrlik edəcək. Regional sabitliyin qorunması üçün etibarlı bir mexanizm kimi bu təşkilatın potensialını və beynəlxalq mövqeyini gücləndirmək məqsədilə müttəfiqlərimizlə sıx əməkdaşlıq etməyi hədəfləyirik”, – o bildirib.

Maraqlıdır, Moskvanın KTMT-nin “beynəlxalq arenada mövqeyini gücləndirmək” iddiası hansı geosiyasi məqsədlərə xidmət edir?

Hər şeydən əvvəl,

Rusiya KTMT vasitəsilə postsovet məkanında öz liderliyini möhkəmləndirmək istəyir. Bu, xüsusən Mərkəzi Asiya ölkələrində (Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan) Moskvanın iqtisadi və hərbi təsirini saxlamaq üçün vacibdir.

Üstəlik, Ermənistan və Belarus kimi yaxın müttəfiqlərin Rusiyanın orbitində qalmasını təmin edir.

Digər tərəfdən, Rusiya KTMT-ni NATO və Qərb təsirinə alternativ kimi göstərmək istəyir. Bu, postsovet regionunda hərbi və siyasi “blok” imici yaratmağa xidmət edir və NATO-nun genişlənməsi, o cümlədən Qərb hərbi fəaliyyətlərinə qarşı bir balans mexanizmi rolunu oynaya bilər.

Nəhayət, digər bir məsələ isə qlobal güc nümayişidir.

Yənu Rusiya, KTMT üzərindən qlobal oyunçulara – ABŞ, Çin, Avropa ölkələrinə regionda təsirini qoruduğunu göstərir.

Həmçinin daxildə Rusiya ictimaiyyətinə “regional lider” və “təhlükəsizliyə zəmanət verən dövlət” imici yaratmağa xidmət edir.

Günay

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
35
icma.az

1Mənbələr