
“İvanişvili rejimi Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına mane olur”.
Missiya.Az xəbər verir ki, bunu Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvili özünün “Facebook” sosial media hesabında yazıb.
O bildirib ki, Azərbaycan Ermənistana müntəzəm olaraq neft məhsulları tədarük etmək barədə tarixi bir qərar verib ki, bu da hazırda yalnız Gürcüstan dəmir yolu vasitəsilə mümkündür:
“Burada elə bir tarif müəyyən ediblər ki, ondan birdəfəlik imtina etmək daha yaxşı olardı. İvanişvilinin belə bir tarifi ödəyə bilməyəcəyini bilməməsi mümkün deyil, ona görə də burada məqsəd Ermənistan-Azərbaycan yaxınlaşması siyasətinə mane olmaqdır. Bilmirəm, onlar ABŞ Prezidenti Donald Trampın diqqətini cəlb etmək istəyirlər, yoxsa sadəcə Moskvanın gündəliyini yerinə yetirirlər", - deyə siyasətçi vurğulayıb.
Saakaşvili qeyd edib ki, hamının gözü qarşısında geosiyasi dram oynanılır.
Daşqın HəsənovMissiya.Az