AZ

Zelenskinin müharibədən sonrakı taleyi necə olacaq?

Müharibə bitdikdən sonra Ukrayna prezidenti Vladimir Zelenskinin qaçması ən çox ehtimal olunan ssenaridir.

Publika.az xəbər verir ki, bunu "Lenta.ru"ya müsahibəsində politoloq Dmitri Juravlev deyib.

“Çətin ki, oraya toplaşan böyük izdiham Zelenskini öldürmək istəməsin”, - mənbə nəşrə bildirib.

Juravlevin sözlərinə görə, Zelenski özünü təhlükəsiz hiss edəcəyi Böyük Britaniyaya gedəcək.

Qeyd edək ki, dekabrın 8-də Vladimir Zelenski Londonda Böyük Britaniyanın baş naziri Kir Starmer, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Fridrix Merts ilə görüşüb. Görüş zamanı tərəflər ABŞ prezidenti Donald Trampın Ukrayna münaqişəsinin həlli planını müzakirə ediblər.

Seçilən
24
publika.az

1Mənbələr