AZ

Kamboca sərhəddəki Tayland mövqelərinə kütləvi zərbələr endirib

ain.az, Ayna portalına istinadən məlumat yayır.

“Düşmən ağır artilleriya və BM-21 çoxsaylı buraxılışlı raket sistemlərindən istifadə edir”

Kamboca qüvvələri dörd sərhəd bölgəsindəki 12 Tayland mövqeyinə kütləvi zərbələr endirib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Taylandın İkinci Ordusu məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Tayland qüvvələri Kamboca hücumunu dəf edir və bu müddət ərzində “düşmən ağır artilleriya və BM-21 çoxsaylı buraxılışlı raket sistemlərindən istifadə edir”.

Çərşənbə günü səhər tezdən sərhəd boyunca Kamboca qoşunlarının tammiqyaslı hücumu başlayıb. Taylandın İkinci Ordusunun məlumatına görə, bütün cəbhə xəttində hərbi vəziyyət gərgin olaraq qalır.

Ötən bazar günü Tayland və Kamboca sərhədində döyüşlər başlayıb. Kamboca Milli Müdafiə Nazirliyinin məlumatına görə, Tayland əvvəlcə atəş açıb. Banqkok isə əksini iddia edir.

Hər iki tərəf bir-birini ABŞ-ın təzyiqi altında bu ilin əvvəlində əldə edilən atəşkəsi pozmaqda ittiham edir. İyul ayında baş verən toqquşmalar 48 nəfərin ölümünə və 300.000 insanın didərgin düşməsinə səbəb olub. ABŞ daha sonra iki tərəfi danışıqlar masasına gətirə bilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
ayna.az

1Mənbələr