AZ

Tələbə rəssam: “Hüzur” adlı heykəl real təsvir üzərində qurulub

Bakı, 10 dekabr, Fidan Əlizadə, Orxan Kərimov, AZƏRTAC

Hazırladığım “Hüzur” adlı heykəl real təsvir üzərində qurulub. Bu işin ideyası mənim uşaqlıqda gördüyüm bir şəkildən yaranıb. Əsərdə prototip kimi öz atamı seçmişdim.

Bunu AZƏRTAC-a açıqlamasında “Bir əsrdən artıq yol” sərgisində əsəri nümayiş olunan tələbə Lalə Məmmədova deyib.

Onun sözlərinə görə, bu işin ərsəyə gəlməsinə təxminən bir il vaxt sərf edib.

“Ümumilikdə 15 eskiz işlənib. Məni qane edən nəticə 14-cü eskizdə ortaya çıxdı. Əsərdə insanın heyvana olan sevgisi ifadə olunur”,- deyə L.Məmmədova əlavə edib.

 

Seçilən
29
azertag.az

1Mənbələr