ain.az, Demokrat.az saytına istinadən bildirir.
"Azərbaycanın qonşuluğundakı bir sıra ölkələrdə artıq nüvə obyektləri yaradılıb və bu proses getdikcə genişlənir. Məsələn, atom elektrik stansiyası kimi obyektlər ciddi nəzarət altında, lakin yüksək risklə fəaliyyət göstərir".Bu sözləri Demokrat.az-a açıqlamasında Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun direktoru İslam Mustafayev deyib.O bildirib ki, buna görə də regionda və ümumiyyətlə dünyada hər bir ölkə öz strateji fəaliyyət planını formalaşdırmalıdır:"Bu, həm əhalinin, həm də ətraf mühitin təhlükəsizliyi üçün vacibdir. Bu sahə ilə bağlı qanunlarımız və qanunaltı normativ aktlarımız mövcuddur. Onlara uyğun olaraq sığınacaq yerləri əvvəlcədən nəzərdə tutulmalıdır. Xüsusilə, mülki müdafiə dəstələri tərəfindən müvafiq tədbirlər görülməli, sığınacaqların hazır vəziyyətdə olması təmin edilməlidir. Əhali radiasiya qəzası zamanı necə qorunmalı və hara yönəlməli olduğunu bilməlidir. Hər kəs belə bir hadisə baş verəndə hansı addımları atacağını dəqiq bilməlidir. Buna görə də bu məsələ ciddi şəkildə nəzarətdə saxlanılmalıdır".Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.