AZ

"Azərbaycan Sənaye Sığorta" şirkətinin xalis investisiya mənfəəti - 28% ARTIB

"Azərbaycan Sənaye Sığorta" şirkəti 2025-ci ilin III rübünə olan dövrə dair xalis investisiya mənfəət/zərəri barədə məlumatı açıqlayıb.

FED.az xəbər verir ki, hesabat şirkətin investisiya fəaliyyətindən əldə etdiyi mənfəətin  artdığını göstərir.

Hesabat dövründə şirkətin cəmi xalis investisiya mənfəəti 1 milyon 565 min manat təşkil edib. Bu, 2024-cü ilin müvafiq dövrü (1 milyon 224 min manat) ilə müqayisədə 341 min manat (27,8%) artım deməkdir.

Cəmi faiz və dividend gəlirləri 1 milyon 574 min manat təşkil edib. Bu, ötən illə müqayisədə 337 min manat (27,3%) artıb.

İstiqrazlar üzrə faiz və dividend gəlirləri 1 milyon 53 min manata bərabər olub. Ötən ilin eyni dövrü ilə müqayisədə 494 min manat (88,3%) artıb.

Depozitlər üzrə faiz və dividend gəlirləri 500 min manat təşkil edib.

Digər investisiyalar üzrə faiz və dividend gəlirləri 21 min manat olub, ötən il olmayıb.

Cəmi investisiya xərcləri 9 milyon 101 min manat, istiqrazlar üzrə investisiya xərcləri 713 min manat, depozitlər üzrə investisiya xərcləri 8 milyon 386 min manat təşkil edib.

Yuxarıda qeyd olunan göstəricilər nəticəsində, şirkətin cəmi xalis investisiya mənfəəti 1 milyon 565 min manat təşkil edib. Bu, ötən ilki 1 milyon 224 min manatla müqayisədə 341 min manat (27,8%) artım deməkdir.

İstiqrazlar üzrə xalis investisiya mənfəəti 1 milyon 51 min manata yüksəlib, ötən illə müqayisədə 496 min manat (91%) artıb.

Depozitlər üzrə xalis investisiya mənfəəti 492 min manata bərabər olub.

Digər investisiyalar üzrə xalis investisiya mənfəəti 21 min manat təşkil edib. Ötən il bu cür mənfəət olmayıb..

Seçilən
40
fed.az

1Mənbələr