AZ

TƏCİLİ! Taksistlər Bolt-a qarşı ayağa qalxdı: Kartla ödənişə görə cərimələr tətbiq olunur

Bolt taksi xidmətinin sürücüləri şirkətin kartla ödənişlə olan sifarişləri qəbul etməkdən imtina etdiklərinə görə onları cərimələməyə başladığını bildiriblər.

NOCOMMENT.az xəbər verir ki, sürücülərin sözlərinə görə, aqreqator bu cür sifarişləri ləğv etdikdə onların hesablarını bloklayır və 50 manatadək cərimə tətbiq edir.

Bolt şirkəti məsələ ilə bağlı açıqlamasında kartla ödənişə görə sifarişin ləğv edilməsinin yolverilməz olduğunu təsdiqləyib. Bildirilib ki, sərnişinin şikayətindən sonra aparılan yoxlama nəticəsində sürücülərə 50 AZN-dək cərimə və ya hesabın bloklanması cəzası verilə bilər.

Narazı qalan sürücülər isə kütləvi şəkildə məhkəməyə müraciət etməyə hazırlaşdıqlarını açıqlayıblar.

Onlar bildirirlər ki, sərfəli olmayan sifarişlərdən imtina etmək hüquqları var və yerli qanunvericilik onları bu cür tələblərdən qoruyur.

Seçilən
18
nocomment.az

1Mənbələr