Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.
Ukrayna dronlarının dekabrın 5-də həyata keçirdiyi hücumundan sonra Rusiyanın Samara vilayətində yerləşən Sızran Neft Emalı Zavodu neft emalını tam dayandırıb.
“AzPolitika” bildirir ki, bu barədə məlumatı “Reuters” agentliyi sənaye sektorunda olan 2 mənbəsinə istinadla xəbər yayıb.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı zavodun vurulduğunu təsdiqləyib. Məlumata görə, dron zərbələri zavodun əsas obyektlərindən biri – ELoU-AVT-6 ilkin neft emalı qurğusunu sıradan çıxarıb. Bu qurğu zavodun bütün istehsal zəncirində həlledici rol oynayır: burada neftin ilkin məhsullara ayrılması həyata keçirilir və növbəti mərhələlərin hamısı məhz bu prosesdən asılıdır. ELoU-AVT-6 qurğusunun dayanması zavodun ümumi fəaliyyətini iflic edir.
Bu qurğu 2025-ci ilin 30 avqustunda da Ukrayna dronlarının hücumuna məruz qalmışdı. O vaxt təmir işləri təxminən iki həftə çəkmişdi. “Reuters” mənbələrindən birinə görə, son hücumdan sonra bərpa işləri təxminən bir ay davam edə bilər.
Sənaye məlumatına əsasən, zavod 2024-cü ildə 4,3 milyon ton neft emal edib ki, bu da onun 7 milyon tonluq layihə gücündən xeyli azdır.
“AzPolitika.info”
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.