Milli Arxiv İdarəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı dəyişib.
APA-nın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
Naxçıvan Muxtar Respublikasının arxiv idarələri Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısından çıxarılıb.