AZ

Avropa Trampın bəyanatını təkzib etdi: Rusiya bir il ərzində Ukraynanın 1%-dən də azını işğal edib

Avropa ölkələri ABŞ Prezidenti Donald Trampın Ukraynanın “müharibəni uduzduğu” və Rusiyanın “münaqişədə üstünlük əldə etdiyi” barədə iddialarını təkzib edib.

KONKRET.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Avropa və ABŞ hərbi ekspertləri qeyd edirlər ki, cəbhədə əhəmiyyətli dəyişikliklər yoxdur və Rusiya qoşunlarının sürətli irəliləməsinin əlamətləri müşahidə olunmur. Rusiya əsas ukrayna tədarük xətlərinə doğru hərəkət etsə də, irəliləyiş çox yavaş və itkilər böyükdür.

Ukrayna hərbi rəsmisi bildirib: «Rusiyalılar irəliləyir, amma bu son aylara nisbətən fundamental dəyişiklik deyil».

Avropa rəsmiləri qeyd ediblər ki, son bir il ərzində Rusiya Ukraynanın 1%-dən də az ərazisini ələ keçirib və Trampın iddialarının əsaslı olmadığını vurğulayıblar. Bəzi Avropa İttifaqı rəsmiləri isə onun sözlərini Kiyevə “danışıqların pozulmasına görə məsuliyyət yükləmək cəhdi” kimi qiymətləndiriblər.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
93
1
konkret.az

2Mənbələr