AZ

Azərbaycan və İƏİT arasında gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib (FOTO)

Bakı. Trend:

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Qlobal Əlaqələr vəƏməkdaşlıq Direktorluğunun Avrasiya İdarəsinin rəhbəri ilə görüşdəgələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib.

Trend xəbər verir ki, bubarədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli İqtisadi Əməkdaşlıqvə İnkişaf Təşkilatının (İƏİT) Qlobal Əlaqələr və ƏməkdaşlıqDirektorluğunun Avrasiya İdarəsinin rəhbəri Vilyam Tompsonlagörüşüb.

Görüşdə Azərbaycan və İƏİT arasında əməkdaşlığın illər ərzindədavamlı inkişaf etdiyi vurğulanıb. Bildirilib ki, iqtisadidiversifikasiyanın dəstəklənməsi, kiçik və orta sahibkarlığıninkişafı, xarici investisiyaların yerli təchizatçılarlaəlaqələndirilməsi, rəqəmsallaşma və digər istiqamətlərdə görülmüşişlər tərəfdaşlığın praktiki nəticələridir. Müxtəlif formatlardakeçirilən vebinar, seminar və yüksək səviyyəli görüşlərintərəfdaşlığın inkişafına töhfə verdiyi qeyd edilib.

Tərəflər Azərbaycan və İƏİT arasında gələcək əməkdaşlıqistiqamətlərini, korporativ idarəetmə, maliyyə, ticarət və digərsahələrdə tərəfdaşlıq imkanlarını müzakirə ediblər.

Azərbaycan
Azərbaycan
Seçilən
77
3
az.trend.az

6Mənbələr