AZ

Yüksək İdman Ustalığı Məktəbinin Əsasnaməsində dəyişiklik edildi

BAKI, 10 dekabr. TELEQRAF

Nazirlər Kabineti “Yüksək İdman Ustalığı Məktəbinin Nümunəvi Əsasnaməsi”nə dəyişiklik edib.

Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən:

Əsasnamənin 5.1-ci bəndindən “və Respublika İdman Tibb Mərkəzi” sözləri çıxarılıb.

5.2-ci bənddə “Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası” ifadəsi “Azərbaycan İdman Akademiyası” ilə əvəz edilib.

Seçilən
14
teleqraf.com

1Mənbələr