AZ

Mobil tətbiqdən istifadə etmədən taksi çaırmaq üçün köşklər quraşdırılacaq  

“Uber” mobil tətbiqdən istifadə etmədən taksi sifarişini mümkün edən yeni köşklər təqdim edir. Şirkət bu xidməti əsasən xarici turistlər və internet paketi olmayan səyahətçilər üçün nəzərdə tutub.

Köşklərdə sərnişin gedəcəyi ünvanı və seçdiyi xidmət növünü daxil edir və sifarişlə bağlı məlumatların yer aldığı çap olunmuş qəbz alır. İlk köşk Nyu-Yorkdakı “LaGuardia” Hava Limanında istifadəyə veriləcək. Şirkət yaxın aylarda bu sistemi digər ərazilərdə quraşdırmağı planlaşdırır.

“Uber” bundan əvvəl də “LaGuardia”dan başlayan xüsusi “shuttle” avtobus xidmətini tətbiq etmişdi. 2024-cü ildə hava limanı ilə Manhattan nəqliyyat mərkəzləri arasında 18 dollarlıq marşrut yaradıldı, 2025-ci ilin martında isə bu xidmət genişləndirildi. İndi isə Nyu-Yorkdakı bütün əsas hava limanları artıq “Uber”in “shuttle” marşrutlarına qoşulub.

Ülkər XASPOLADOVA ,

“Azərbaycan”

Seçilən
51
azerbaijan-news.az

1Mənbələr