Sistan və Bəlucistan əyalətində, Pakistan və Əfqanıstanla sərhəddə, Zahədan şəhərinə yaxın ərazidə silahlı yaraqlılarla toqquşma zamanı İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Quru Qüvvələrinin üç üzvü öldürülüb.
NOCOMMENT.az xəbər verir ki, məlumatda qeyd olunur ki, öldürülənlər “sərhəd təhlükəsizliyinin təmin edilməsi tapşırığı”blı yerinə yetirirmişlər.
Tehran bildirir ki, hücum edən şəxslərin axtarışları davam edir.