AZ

Səudiyyə Ərəbistanı klubu Benzemanın müqaviləsini yeniləyəcək

BAKI, 10 dekabr. TELEQRAF

Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubu məşhur futbolçusu Kərim Benzema ilə bağlı qərar verib.

Teleqraf "Foot Mercato"ya istinadən xəbər verir ki, Pro Liqa təmsilçisi fransalı hücumçusu ilə müqaviləni yeniləmək istəyir.

37 yaşlı Benzemanın hazırkı sözləşməsi 2026-cı ilin yayında başa çatır.

Qeyd edək ki, Kərim Benzema 2023-cü ilin yayından "Əl-İttihad"da çıxış edir. O, cari mövsüm ərzində meydana çıxdığı 12 oyunda 11 qol vurub.

Seçilən
23
teleqraf.com

1Mənbələr