AZ

SOCAR-ın həyata keçirdiyi layihələrin icrası üçün maliyyələşmə mənbələri müzakirə edilib (FOTO)

Bakı. Trend:

10 dekabr tarixində Azərbaycan Respublikasının Baş naziri,İqtisadi Şuranın və Azərbaycan İnvestisiya Holdinqinin (AİH)Müşahidə Şurasının (MŞ) sədri Əli Əsədovun rəhbərliyi ilə iclaskeçirilib.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, iclasın gündəliyindəSOCAR-ın dayanıqlı fəaliyyəti barədə təqdimat, o cümlədən, SOCARtərəfindən həyata keçirilən layihələr və onların inkişafperspektivləri, layihələrin icrası üçün maliyyələşmə mənbələri,borc portfeli və digər cari məsələlər ətraflı müzakirə olunub.

Gündəlikdə olan məsələlər üzrə SOCAR-ın prezidenti Rövşən Nəcəftəqdimatla çıxış edib. İclasda eləcə də iqtisadiyyat naziri MikayılCabbarov, Dövlət Neft Fondunun icraçı direktoru İsrafil Məmmədov vəAİH-nin Baş icraçı direktoru Ruslan Əlixanov çıxış ediblər.

Təqdim olunan məsələlərə dair İqtisadi Şuranın və AİH-in MŞ-nınüzvləri tərəfindən müzakirələr aparılıb. İclasın yekununda Şuraüzvlərinin rəy və təklifləri nəzərə alınmaqla SOCAR və ARDNF-əmüvafiq tapşırıqlar verilib.

Məqalədə:
Seçilən
55
22
az.trend.az

10Mənbələr