AZ

Azərbaycan və Özbəkistan Təhlükəsizlik Şurasının katibləri görüşüblər

Bakı. Trend:

Dekabrın 10-da Azərbaycan Respublikası Təhlükəsizlik Şurasınınkatibi Ramil Usubov ölkəmizdə səfərdə olan Özbəkistan RespublikasıPrezidenti yanında Təhlükəsizlik Şurasının katibi Viktor Mahmudovlagörüşüb.

Bu barədə Trend-ə Təhlükəsizlik Şurasından məlumat verilib.

Bildirilib ki, dünyada baş verən qarşıdurmaların, hərbi-siyasiçağırış və təhdidlərin artdığı müasir dövrdə əməkdaşlığın və birgəsəylərin vacibliyi, dövlətlərimizin başçıları Prezident İlhamƏliyevin və cənab Şavkat Mirziyoyevin siyasi iradələrinə uyğunolaraq, iki qardaş ölkə arasında strateji tərəfdaşlığın, səmərəliişbirliyinin ən müxtəlif sahələr üzrə inkişaf etdiyi diqqətəçatdırılıb.

Söhbət zamanı hərbi və hərbi-texniki sahədə əlaqələrın daha damöhkəmləndirilməsinin, genişləndirilməsinin, o cümlədən qarşılıqlıtəcrübə mübadiləsinin vacibliyi, bunun da təkcə Cənubi Qafqazdadeyil, bütövlükdə Mərkəzi Asiyada sabitliyin və təhlükəsizliyinqorunması istiqamətində yeni imkanlar açacağına əminlik ifadəedilib.

Seçilən
67
az.trend.az

1Mənbələr