AZ

Azərbaycan ilə Slovakiya arasında qida təhlükəsizliyi və heyvan sağlamlığı sahəsində əlaqələr inkişaf etdiriləcək

Bakı, 10 dekabr, AZƏRTAC

Dekabrın 9-da Prezident İlham Əliyevin Slovakiya Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Slovakiya Respublikasının Dövlət Baytarlıq və Qida Administrasiyası arasında “Heyvan sağlamlığı və qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Memorandum tərəflər arasında qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq çərçivəsinin genişləndirilməsini və qida təhlükəsizliyi, eləcə də heyvan sağlamlığı sahəsində əlaqələrin inkişaf etdirilməsini nəzərdə tutur.

Sənədin imzalanması qida təhlükəsizliyi, heyvan sağlamlığı, risklərin idarə edilməsi, qida zənciri daxilində məhsulların izlənilməsi, laborator diaqnostika, epizootik məlumat mübadiləsi, sertifikatlaşdırma, birgə tədqiqatlar və kadr hazırlığı sahələrində tərəflər arasında daha səmərəli və koordinasiyalı əməkdaşlıq üçün yeni imkanlar yaradacaq.

 

Seçilən
38
1
azertag.az

2Mənbələr