AZ

Merts: Almaniya və ABŞ qlobal miqyasda güclü tərəfdaş olaraq qalmalıdır...

Kansler: Transatlantik münasibətlər dəyişir, amma biz onların tərəfdaşlıq ruhunu qorumaq istəyirik…

Poliqon xəbər verir ki, Almaniya kansleri Fridrix Merts ABŞ-la münasibətlərə dair verdiyi açıqlamada Berlin və Vaşinqtonun qarşılıqlı şəkildə güclü qlobal tərəfdaşlara ehtiyac duyduğunu bildirib. Kansler vurğulayıb ki, ABŞ-ni belə tərəfdaşlardan biri kimi görür və bu mövqeni ABŞ prezidenti Donald Trampla apardığı söhbətlərdə də ifadə edib.

Merts qeyd edib ki, ABŞ-nin yeni təhlükəsizlik strategiyası və vitse-prezidentin Münhen Təhlükəsizlik Konfransındakı çıxışı transatlantik münasibətlərdə mühüm dəyişikliklərin baş verdiyini göstərir. Bununla belə, kansler münasibətlərin əsasının tərəfdaşlıq ruhu üzərində qurulmasının vacibliyini vurğulayıb:

“Mən istəyirəm ki, bu münasibətlər tərəfdaşlıq olaraq qalsın və ümid edirəm ki, ABŞ da bunu eyni şəkildə görür”, deyə Merts vurğulayıb.

Almaniya hökumətində hesab olunur ki, qlobal təhlükəsizlik arxitekturasında baş verən dəyişikliklər fonunda Avropa ilə ABŞ arasında strateji həmrəylik daha da əhəmiyyətli hala gəlir. Mersin açıqlaması Berlinin transatlantik əməkdaşlığı qorumaqla yanaşı, yeni geosiyasi reallıqlara uyğunlaşmaq niyyətini də nümayiş etdirir.

Poliqon.info

Seçilən
42
poliqon.info

1Mənbələr