AZ

Intel, Aİ-nin rəqabət qərarına qarşı iddiasını uduzdu, lakin cərimənin azaldılmasına nail oldu



Avropa Birliyinin (AB) Baş Məhkəməsi AB Komissiyasının ABŞ şirkətinə qarşı qərarını qüvvədə saxladı, lakin cəriməni 376 milyon avrodan 237 milyon avroya endirdi.Lüksemburqda yerləşən AB-nin ən yüksək məhkəmə orqanı olan Avropa Ədalət Məhkəməsi, AB Komissiyasının Intel şirkətinə qarşı cəriməsi ilə bağlı işə qərar verib.

Avropa Ədalət Məhkəməsinin bir hissəsi olan AB Baş Məhkəməsi, Intel şirkətinin AB cəriməsinə qarşı apelyasiya şikayətini rədd etdi, lakin cəriməni 376 milyon avrodan 237 milyon avroya endirdi.
Sözügedən iş 2009-cu ildən bəri davam edən hüquqi prosesin bir hissəsi idi.

2009-cu ildə AB Komissiyası kompüter istehsalçılarına endirim təklif edərək ABŞ-ın Intel şirkətini rəqabət əleyhinə təcrübələrə görə 1,06 milyard avro cərimələdi. Intel bu cəriməyə qarşı hüquqi etiraz etdi.

2022-ci ildə AB Baş Məhkəməsi müxtəlif prosedur səhvlərini və istintaqdakı hüquqi əsasları əsas gətirərək Intel-ə tətbiq edilən 1,06 milyard avroluq cəriməni ləğv etdi.

2023-cü ildə AB Komissiyası bazar dominantlığından sui-istifadə etdiyinə görə Intel-ə 376 milyard avro "yeni" cərimə tətbiq etmək qərarına gəldi.

Komissiya bildirib ki, Intel rəqibləri müvafiq bazardan kənarlaşdırmağa yönəlmiş təcrübələrlə məşğul olmaqla AB antiinhisar qaydalarını pozub və cərimənin şirkətin 2002-2006-cı illər arasında rəqib şirkətlərin prosessor əsaslı modellərinin satışını gecikdirmək və satış kanallarını məhdudlaşdırmaq üçün kompüter istehsalçıları Hewlett Packard, Acer və Lenovo-ya etdiyi ödənişlər səbəbindən tətbiq edildiyi bildirilib.

aia.az
Tərcümə şöbəsi



Seçilən
30
aia.az

1Mənbələr