AZ

İrəvanla sülh müqaviləsinin imzalanmasının əleyhinəyəm – Partiya sədrindən SENSASİYA

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının perspektivləri yenidən gündəmdədir. Bəs, hazırkı şəraitdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması nə dərəcədə real görünür?

Ağ Partiya sədri Tural Abbaslı KONKRET.az-a açıqlamasında bunun hazırkı mərhələdə mümkün görünmədiyini bildirib.

Tural Abbaslının sözlərinə görə, prosesin gələcəyi əsasən Ermənistanın davranışından asılıdır:

“Sülh müqaviləsinin imzalanması əslində bizdən daha çox Ermənistandan asılıdır. Ermənistan öhdəlikləri icra etmir, şərtləri qəbul etmir, daim müqayisələndirir. Bütün bunları nəzərə alanda düşünürəm ki, Azərbaycan sülh müqaviləsinin imzalanmasında maraqlı olmamalıdır.”

Partiya sədri hesab edir ki, indiyədək Ermənistanın imzaladığı heç bir öhdəliyi yerinə yetirməməsi nə Bakı üçün etibarlı tərəfdaşlıq, nə də sənəd imzalamaq üçün zəmin yaradır:

“Ermənistanın öz imzasına hörmət etmədiyi dəfələrlə sübut olunub. 10 noyabr razılaşmasında da Azərbaycan öhdəliklərini icra etdi, Ermənistan isə etmədi.”

Abbaslı bildirir ki, sülh sazişi imzalansa belə, bu dəfə beynəlxalq ictimaiyyətin Azərbaycana təzyiqlərinin artacağı istisna olunmur:

“Saziş imzalansa, Azərbaycanın öhdəlikləri üçün bizə təzyiqlər olacaq. Avropa, ABŞ, erməni lobbisi bu basqıları təşkil edəcək. Amma Ermənistan yenə də öz üzərinə düşən öhdəliklərdən yayınacaq.”

O, İrəvanın hələ də konstitusiyadakı Azərbaycana qarşı ərazi iddialarını aradan qaldırmadığını, Zəngəzur dəhlizinin açılmasına yanaşmadığını və beynəlxalq aləmdə anti-Azərbaycan fəaliyyətini davam etdirdiyini vurğulayıb.

“Bütün bunları nəzərə alaraq Azərbaycan və Ermənistan arasında hər hansı sənədin imzalanmasının əleyhinəyəm”, – deyə Ağ Partiya sədri qeyd edib.

Aynurə İsmayıl
KONKRET.az

Seçilən
13
1
konkret.az

2Mənbələr