Navarra Universitetinin ispan həkimləri qocalıqda eşitmə itkisinin qarşısını alacaq beş qulağa qulluq məsləhəti təklif ediblər.
E-saglam.az xəbər verir ki, əvvəlcə mütəxəssislər insanları yüksək səslərdən çəkinməyə çağırıb. Əgər onlar səs-küylü mühitə məcbur edilirlərsə, qulaqlıqlardan istifadə etmək olar. İkincisi, pambıq çubuqlar da daxil olmaqla qulaqlara yad əşyalar qoymaqdan çəkinin, çünki qulaq kiri toz və patogenlərə qarşı qoruyucu maneə rolunu oynayır.
"Üçüncüsü, hipertoniya, şəkərli diabet və metabolik pozğunluqlar kimi xroniki xəstəliklərin vaxtında müalicəsi vacibdir, çünki onlar eşitməyə mənfi təsir göstərir", - deyə həkimlər vurğulayırlar.
Başqa bir tövsiyə audio cihazlarından məsuliyyətli istifadədir. Məsələn, qulaqlıqlardan istifadə edərkən, həkimlər qeyd etdilər ki, səs maksimumun 60 faizindən aşağı olmalıdır.
Sonda, mümkün xəstəlikləri erkən mərhələdə müəyyən etmək və müalicəyə başlamaq üçün xüsusilə qulaqlarda cingilti, dolğunluq hissi və ya eşitmə itkisi ilə qarşılaşsanız, otorinolarinqoloqla müntəzəm məsləhətləşmələrə çağırdılar.
Tərcümə: Könül Oruc
E-saglam.az