AZ

“Azərpoçt” MMC “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş poçt markasını təqdim edib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 dekabr2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə“Konstitusiya və Suverenlik İli” elan olunması xüsusi tarixi vəmənəvi məna daşıyır. Bu qərar Konstitusiyanın qəbul edilməsinin30-cu, Vətən müharibəsində qazanılmış qələbənin isə 5-ci ildönümünətəsadüf etməklə dövlətçilik ənənələrinin möhkəmləndirilməsi vəsuverenlik dəyərlərinin daha geniş təbliği baxımından mühüməhəmiyyət kəsb edir.

Bu çərçivədə həyata keçirilən tədbirlərə AZCON Holdingşirkətlərindən olan “Azərpoçt” MMC də öz töhfəsini verərək“Konstitusiya və Suverenlik İli” poçt markasını dövriyyəyəburaxıb.

Markanın təqdimat mərasimi 5 dekabr tarixində Dövlət BayrağıMuzeyində “Azərpoçt” MMC, Dənizkənarı Bulvar idarəsi və DövlətBayrağı Muzeyinin rəsmi nümayəndələrinin iştirakı ilə keçirilib.Tədbirin açılışında Dövlət Bayrağı Muzeyinin direktoru Könülİmamverdiyeva çıxış edərək tədbir iştirakçılarını salamlayıb vəonlara muzey və orada sərgilənən eksponatlar haqqında ətraflıməlumat verib.

Daha sonra Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyəti sədrininmüavini Ağacan Əhmədov Dövlət Bayrağı Meydanının fəaliyyəti,meydanda aparılan təmir-bərpa işləri, eləcə də meydana göstərilənxidmət haqqında çıxış edib. Həmçinin, o, öz çıxışında DövlətBayrağı Meydanında dalğalanan bayrağın ölçülərinə görə iki dəfəGinnesin Rekordlar Kitabına düşməsini də qeyd edib.

“Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edənİsi Mustafayev öz nitqində markanın buraxılışının həm ölkədaxilində, həm də beynəlxalq poçt məkanında gələcək nəsillərəsuverenlik ruhunun və dövlətçilik mesajının çatdırılması baxımındanönəmli olduğunu vurğulayıb. O bildirib ki, bu marka dövlətçiliyəsədaqətin və milli dəyərlərə bağlılığın rəmzi kimi böyük mənəvi yükdaşıyır.
Tədbir çərçivəsində qonaqlar üçün muzey üzrə informativ ekskursiyatəşkil olunub, milli və dövlət atributlarına həsr edilən sərgi ilətanışlıq baş tutub. Ardınca “Konstitusiya və Suverenlik İli”mövzusuna həsr olunan markalar muzeyə hədiyyə edilib və BayraqMeydanının inşasına dair qısa film nümayiş etdirilib.

“Azərpoçt”
“Azərpoçt”
“Azərpoçt”
“Azərpoçt”
“Azərpoçt”
“Azərpoçt”
“Azərpoçt”
“Azərpoçt”
“Azərpoçt”
“Azərpoçt”
Məqalədə:
Seçilən
25
7
az.trend.az

8Mənbələr