AZ

Ətraf mühitin mühafizəsi sahəsində maarifləndirici görüşlər davam edir

Regional Ekologiya və Təbii Sərvətlər İdarələrinin əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsi sahəsində növbəti maarifləndirici görüşlər keçirilib. 

Gəncə şəhər Aleksandr Puşkin adına 9 nömrəli və Ağdam rayonu 68 nömrəli tam orta məktəblərdə “Tullantıların düzgün idarə edilməsi və təkrar emal” mövzusunda keçirilən görüşlərdə şagirdlərə tullantıların növləri, düzgün çeşidləmə, plastik tullantıların ətraf mühitə mənfi təsirlərinin azaldılması və bu istiqamətdə görülə biləcək tədbirlər haqqında məlumat verilib, eyni zamanda ətraf mühitin qorunmasının vacibliyi, təbii ehtiyatlardan düzgün və səmərəli istifadənin yolları, təkrar emalın əhəmiyyəti izah edilib.

Maarifləndirici görüşlərin əsas məqsədi uşaqlarda ekoloji biliklərin zənginləşdirilməsi, ekoloji məsuliyyət hissinin artırılması, ətraf mühitin qorunmasının vacibliyinin aşılanması və sağlam ekoloji davranış vərdişlərinin formalaşdırılmasıdır.

Seçilən
40
ekologiya.az

1Mənbələr