İcra başçısı “Konstitusiya və Suverenlik İli” çərçivəsində şəhid anası Esmira Süleymanovanı 70 illik yubileyi münasibəti ilə təbrik edib...
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə Tərtər şəhərində şəhid Cəfərov Anar Qəzənfər oğlunun anası Süleymanova Esmira Xəlil qızını 70 illik yubileyi münasibəti ilə yaşadığı ünvanda ziyarət edərək, onu təbrik edib, şəhid ailəsinin qayğıları ilə maraqlanıb.
İcra başçısı bütün şəhid valdeyinlərinin baş tacımız olduğunu bildirib. Şəhid anasına rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə və gül dəstəsi təqdim edib.
O, məğlubedilməz sərkərdə cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun Birinci Qarabağ müharibəsi şəhidlərinin də qisasını aldığını bildirib. Bu gün torpaqlarımızın işğaldan azad olması üçün şəhidlərə borclu olduğumuzu qeyd edib.
Qeyd edək ki, Cəfərov Anar Qəzənfər oğlu 1982-ci il yanvar ayının 1-də Tərtər şəhərində anadan olub. 2000 ci ildə hərbi xidmətə yollanıb. 2008 ci ildə müddətli hərbi qulluqçu kursuna daxil olub. N saylı hərbi hissədə motoatıcı alayında manqa komandiri vəzifəsini icra edib. Bir neçə dəfə komandirləri tərəfindən təşəkkürnamə alıb. 2011-ci il dekabr ayının 6-da vəzifə borcunu yerinə yetirərkən başından ağır yaralanıb. Bakı şəhərində qospitalda 20 dekabrda vəfat edib. Evli idi 2 övladı vətənə əmanətdir.
Şəhidin ailə üzvləri şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Poliqon.info