AZ

İcra başçısı plaşının qiymətini açıqladı VİDEO

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun plaşının qiyməti sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib. Belə ki, onun 1-ci Balıq festivalında əyninə geyindiyi qara plaşın “Hugo Boss” və ya  “Burberry” brendinə məxsus olduğu və 26 min manat (13 min avro) dəyərində olduğu iddia olunub.

Globalinfo.az  xəbər verir ki, icra başçısı iddialara münasibət bildirərək, sosial şəbəkələrdə plaşın aid olunduğu iddia edilən brendi ilk dəfə eşitdiyini, dəyəri ilə bağlı deyilənlərin isə həqiqətə uyğun olmadığını açıqlayıb.

“Həmin plaş hazırda da əynimdədir. Bunu 3 il bundan qabaq mən 350 manata almışam”, – o bildirib.

Ətraflı videoda:

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
100
1
globalinfo.az

3Mənbələr