ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.
Bu il yanvarın 1-dən bəri Rusiya qoşunları Ukrayna ərazisinin 4669 kvadrat kilometrini nəzarətə götürüb ki, bu da ölkənin ümumi ərazisinin (603.628 kvadrat kilometr) 1 faizindən də azını - 0,77%-ni təşkil edir. 2024-cü ildə Rusiya qüvvələri 3734 kvadrat kilometr Ukrayna ərazisini işğal etmişdi.
“AzPolitika” xəbər verir ki, ABŞ Müharibə Araşdırmaları İnstitutunun(ISW) hesabatında belə deyilir.
Hesabatda deyildiyi kimi, Rusiya qoşunlarının 2025-ci ildə ötən illə müqayisədə bir qədər daha sürətli irəliləməsi böyük itkilər bahasına başa gəlir. Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatına görə, ilin əvvəlindən bəri Rusiya ordusu ölü və yaralı olmaqla, 391.000-dən çox itki verib. Bu, hər kvadrat kilometrə 83 rus əsgəri deməkdir.
ISW-nin qeyd etdiyi kimi, Rusiya ordusunun irəliləmə tempi "Rusiya qoşunlarının son zamanlar nisbətən daha sürətli uğurlar qazandığı ərazilərdə, məsələn, Qulyaypole və Pokrovsk ərazilərində belə, piyada sürətini keçmir".
Analitiklər qeyd edirlər ki, Rusiyanın irəliləmə sürətinin yaxın gələcəkdə artması ehtimalı azdır. Bu, Ukrayna dronlarının üstünlüyü ilə əlaqədardır, çünki onlar sürətli irəliləyişlər üçün ağır texnikanın manevrlərini faktiki olaraq qeyri-mümkün edir.
Qeyd edək ki, ümumilikdə bu illər ərzində Rusiya Krım da daxil olmaqla, Ukrayna ərazisinin təxminən 20%-ni - 120.000 kvadrat kilometrini ələ keçirib. NATO-nun hesablamalarına görə, 2025-ci ilin dekabr ayına qədər Rusiya ordusunda ölən və yaralananların ümumi sayı 1,15 milyona yaxınlaşır.
“AzPolitika.info”
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.