AZ

Azərbaycan Sidneydə ənənəvi Türk Festivalında təmsil olunub

Yazını böyüt
Yazını kiçilt

Avstraliyanın Sidney şəhərində ənənəvi Türk Festivalı keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən hafta.az-a bildirilib ki, festivalda Azərbaycan icması ilə bərabər türk, özbək, qazax, qırğız, tatar icmaları öz musiqi və mədəniyyətlərini nümayiş etdiriblər.

Festival çərçivəsində Azərbaycana aid xüsusi guşə yaradılıb. Burada ölkəmizin zəngin mədəni irsindən və milli musiqisindən nümunələr təqdim olunub.

Tədbirdə Azərbaycanın Əməkdar artisti Sevinc Hüseynlinin rəhbərlik etdiyi “Odlar Yurdu” qrupunun, həmçinin Şəhla Hümbətovanın ifasında rəqs və mahnılarımız səsləndirilib.

Seçilən
24
hafta.az

1Mənbələr