AZ

Gəncədə 57 yaşlı kişi arvadını plastik boru ilə döydü

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

Gəncə şəhərində 57 yaşlı kişi münaqişə zəminində arvadını döyüb. Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə onların birgə yaşadığı evdə baş verib. Gəncə şəhər sakini, 1968-ci il təvəllüdlü Mehdi  şəxsi münasibət zəminində aralarında baş vermiş mübahisə zamanı plastik boru ilə arvadı Elmiranın sağ bilək nahiyəsindən, sol baldır nahiyəsindən və kürək nahiyəsindən zərbələr ilə vurub. Hadisəni törədən Mehdinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. Bu işə Gəncə Şəhər Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Buna görə də zərərçəkən təqsirləndirilən şəxsə qarşı şikayətini geri götürüb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəllənin 73.2-ci maddəsi tətbiq edilib. O, cinаyət məsuliyyətindən аzаd edilib və iş üzrə icraata xitam verilib.Fariz Məlikli

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
80
demokrat.az

1Mənbələr