AZ

Çin civə termometrlərinin istehsalını qadağan edəcək

Pekin, 10 dekabr, AZƏRTAC

Çin insan sağlamlığının təhlükəsizliyi ilə əlaqədar 2026-cı ildən civə termometrlərinin istehsalını qadağan edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Çin Dövlət Tibbi İstesalat Administrasiyası məlumat yayıb.

Qurum hesab edir ki, bu cür termometrlərin sınmaq ehitmalı böyük olduğu üçün insanların sağlamlığına təhlükə yaradır. Üstəlik hazırda həmin cihazların elektron, rəqəmsal və infraqırmızı alternativləri çoxdur. Bu səbəbdən insan sağlamlığına təhlükəsi nəzərə alınaraq civə termometrlərinin istehsaı dayandırılacaq.

Uzun illər insan bədəninin hərarətini ölçmək üçün istifadə olunan ənənəvi cihazlar tarixə qovuşmaq üzrədir. Bu cür termometrlər dəqiqliyi ilə seçilməklə yanaşı, hər evin tibb guşəsində rast gəlinən cihazlardır.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Seçilən
38
4
azertag.az

5Mənbələr