AZ

ABŞ Konqresinə 907-ci düzəlişin tam ləğvi ilə bağlı qanun layihəsi təqdim edildi

ABŞ Nümayəndələr Palatasının üzvü Anna Paulina Luna 907-ci düzəlişi tam ləğv etməyə yönəlmiş qanun layihəsini təqdim edib.

 

Bu barədə məlumat Konqresin saytında yerləşdirilib.

 

Qeyd edək ki, bu düzəliş ABŞ-ın Azərbaycana birbaşa hərbi və maliyyə yardımı göstərməsini məhdudlaşdırır.

 

Xatırladaq ki, bu ilin avqust ayında ABŞ Prezidenti tərəfindən “Azadlığa dəstək qanununa” 907-ci düzəlişin tətbiqinin müvəqqəti olaraq dayandırılması ilə bağlı sərəncam imzalanıb. 1992-ci ildə qəbul olunmuş bu düzəliş Azərbaycana ABŞ dövlət yardımının göstərilməsini qadağan edir.

 

Rəsmi Bakı Azərbaycanla-ABŞ arasında münasibətlərin inkişaf perspektivləri, Azərbaycanın geniş regionda artan rolu nəzərə alınaraq, ABŞ tərəfinin bu düzəlişin tamamilə ləğv edilməsi istiqamətində əməli addımlar atacağına ümidvar olduğunu bəyan edib.

Tarix: 10 Dekabr 2025, 19:56   
Seçilən
80
30
pravda.az

10Mənbələr