AZ

Bakı 2025-də İƏT Mədəniyyət Festivalı yaradıcı sənayelərin yeni dövrünü başlatdı

Bakı. Trend:

“İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” (OIC2025) İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət,yaradıcı iqtisadiyyat və innovasiya sahələrinin bir arayagətirildiyi böyük beynəlxalq platformadır. Azərbaycan RespublikasıMədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən festivalın əsasməqsədi mədəniyyətlərarası əməkdaşlığın genişləndirilməsi, regiondayaradıcı sənayelər ekosisteminin gücləndirilməsi və qlobaltrendlərlə ayaqlaşan yeni təşəbbüslərin formalaşdırılmasıdır.

Proqrama sərgilər, panel müzakirələr, innovasiya təqdimatları,kreativ baza fəaliyyətləri və dünyanın müxtəlif ölkələrindən olaniştirakçıların qatıldığı xüsusi sessiyalar daxildir.

Yaradıcı Həftə: Mədəniyyət və innovasiyanın birləşdiyiplatforma

Bakı Yaradıcı Həftəsi boyunca şəhər müxtəlif istiqamətlər üzrətədbirlərə ev sahibliyi etdi. Yerli və beynəlxalq ekspertlərinçıxışları, yaradıcı sənayelərin inkişaf perspektivlərinə dair panelmüzakirələri, startapların təqdimatları və CulTech (Mədəniyyətsahəsində texnologiya sahəsi)-in xüsusi sessiyaları festivalın əsasdinamik xəttini formalaşdırdı.

Həftə çərçivəsində keçirilən воркşoplar, rəqəmsal və tətbiqisənət sərgiləri, texnologiya nümayişləri və performanslar həmyaradıcılıq mühitini canlandırdı, həm də gənclər, yaradıcı icmalar,investorlar və dövlət nümayəndələri arasında əməkdaşlıq üçün yenikörpülər yaratdı.

Kreativ Həftə çərçivəsində CulTech Demo Day ilə yanaşı, mədəniinnovasiyaların rolu, rəqəmsallaşma və regional kreativ ekosistemininkişafı mövzularında panel müzakirələri də keçirildi.

CulTech Layihəsi

CulTech – mədəniyyət və texnologiyanın kəsişməsində formalaşanvə ölkənin kreativ gəncliyini qlobal səhnəyə çıxarmağı hədəfləyənstrateji platformadır. Proqram startaplara və yaradıcı komandalaramentorluq, investisiya əlaqələri, PR dəstəyi, brend mövqeləndirməsivə biznes inkişafı üzrə çoxşaxəli imkanlar təqdim edir.

Layihənin məqsədi

CulTech-in əsas hədəfi innovativ biznes modellərinin inkişafınısürətləndirmək, yerli ideyaların beynəlxalq standartlarauyğunlaşdırılmasını təmin etmək və Azərbaycanın kreativekosistemini regional səviyyədə gücləndirməkdir.

Demo Day – Yeni ideyaların təqdim olunduğu gün

9 dekabr 2025-ci ildə CulTech İnkubasiya Proqramının 4-cükohortunun Demo Day-i Bakı Konqres Mərkəzində uğurla baş tutdu.İştirakçılar layihələrini investorlar, mentorlar, kreativ sənayeliderləri və beynəlxalq nümayəndələr qarşısında təqdim etdilər.Tədbir həm yeni əməkdaşlıqlar üçün açar rolunu oynadı, həm dəregionun innovasiya potensialını nümayiş etdirdi.

Demo Day startapları

Bir-Yer.az —xəritə əsaslı axtarış və AI tövsiyə sistemi ilə istifadəçilərəbüdcə, vaxt və tələbatına uyğun məkan seçimini bir kliklə təklifedən platforma.

BrandedBy — brendlər üçün lisenziyalı AI avatarları və səstexnologiyaları ilə saniyələr içində hüquqi cəhətdən təhlükəsizkontent yaradan SaaS həlli. Text-to-video generator və APIinteqrasiyası ilə influencer marketinqini avtomatlaşdırır.

Casting.az —aktyorlar, rejissorlar və prodüserlər üçün yaradılmış peşəkartalent bazası. İnkişaf etmiş filtrlər vasitəsilə uyğun simalarıntapılmasını sürətləndirir.

Luhive — icmalar üçün “all-in-one” yanaşma. Tədbirlər, elanlar,üzvlər və kontent vahid paneldən idarə edilir; AI köməkçisi vəanalitika ilə qərarvermə optimallaşdırılır.

Lilitopia — 0–8 yaşlı uşaqlar üçün lokal və mədəni baxımdanuyğunlaşdırılmış öyrədici kontent ekosistemi. Mobil tətbiqlərdənYouTube seriyalarına, kitab və oyunlara qədər çoxsaylı IP-lərəsasında qurulan qlobal miqyaslana bilən edutainment modeli.

Kendeget — kənd sakinləri və kiçik sahibkarların məhsul vəxidmətlərini daha geniş auditoriyaya çıxarmağa, səyahətsevərlərəisə autentik mədəni təcrübələr təqdim etməyə imkan yaradanplatforma.

Gələcək Perspektivlər

Demo Day CulTech proqramı üçün yalnız başlanğıcdır. Startaplarüçün yeni investisiya imkanları, beynəlxalq partnyorluqlar vəbazarlara çıxış yolları artıq formalaşmağa başlayıb.

SUP VC və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi CulTechİnkubasiya Proqramının genişləndirilməsini, növbəti kohortlarınyaradılmasını və yaradıcı sahələr üzrə qlobal əməkdaşlıqmexanizmlərinin gücləndirilməsini hədəfləyir. Məqsəd — Azərbaycanıregionun aparıcı CulTech mərkəzinə çevirmək və gələcək nəsillərədayanıqlı innovasiya mühiti təqdim etməkdir.

Seçilən
32
5
az.trend.az

6Mənbələr