AZ

Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması 2026 cı ilə qalır

Reyting.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Ümid edirəm ki, gələn il Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalanar. Hər iki dövlətin əhalisi və cəmiyyəti sülh prosesini dəstəkləyir”.

Bunu “Reytinq” qəzetinə açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu 2026-cı ildə Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanıb-imzalanmayacağı sualına cavabında deyib.

Partiya sədrinin sözlərinə görə, Azərbaycan və Ermənistan arasında qarşılıqlı etimad yaranıb, sülh sazişinin imzalanması ilə bağlı onun yeri və motivi də müəyyənləşib.

S. Cəlaloğlu əlavə edib ki, bütün bunlar prosesin müsbət istiqamətdə irəlilədiyini göstərir.

“Eyni zamanda Rusiya-Ukrayna müharibəsi özünün həllinə doğru gedir. Böyük ehtimalla Azərbaycan və Ermənistan arasında sülh sazişi 2026-cı ildə imzalanacaq. Bu, hər iki tərəf üçün sərfəli və lazımlı məsələdir. Artıq cəmiyyətlər arasında qeyri-hökumət təşkilatları səviyyəsində münasibətlər qurulur, delimitasiya prosesi gedir, hər iki ölkə rəsmiləri görüşlər”,- deyə S. Cəlaloğlu əlavə edib.

Nemət ORUCOV

Reyting.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
33
reyting.az

1Mənbələr