AZ

“Əl İttihad” Benzemanı gözlətməyə davam edir

Qol.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Əl-İttihad” Benzemanı gözlətməyə davam edir

Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun hücumçusu Kərim Benzemanın klubdakı gələcəyi sual altına düşüb.

QOL.az xəbər verir ki, Ərəbistan təmsilçisinin futbolçuyla müqaviləsini yeniləmək barədə danışıqlar aparmadığı məlum olub. Mətbuatda müqavilənin uzadılacağı barədə şayiələr gəzsə də, fransalı forvardın klubdan hələ rəsmi təklif almadığını bildirilir.

Xatırladaq ki, Benzemanın hazırkı müqaviləsi 2026-cı ilin iyununa qədər qüvvədədir.

Qeyd edək ki, 2023-cü ildə “Real Madrid”dən azad agent kimi transfer olunan Benzema bu mövsüm yüksək məhsuldarlıq nümayiş etdirir. O, bütün turnirlərdə meydana çıxdığı 12 oyunda 11 qol vurub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
29
1
qol.az

2Mənbələr