AZ

Sankt-Peterburqda Pravoberejni bazarında güclü yanğın: partlayış səsləri eşidilir – VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən Pravoberejni bazarında güclü yanğın baş verib. Rusiya KİV-in məlumatına görə, hadisə zamanı ardıcıl partlayış səsləri də eşidilib. İlkin ehtimallara əsasən, partlayışlara bazar ərazisində olan qaz balonlarının detonasiyası səbəb olub.
NOCOMMENT.az xəbər verir ki, yanğının yayıldığı sahə artıq 800 kvadratmetrə çatıb. Alovun qısa zamanda geniş əraziyə yayılması səbəbilə hadisə yerinə çoxsaylı yanğınsöndürmə briqadaları və təcili yardım qrupları cəlb edilib.
Hazırda ərazidə söndürmə və təhlükəsizlik tədbirləri davam etdirilir. Yanğın nəticəsində xəsarət alanların olub-olmaması ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Hadisənin başvermə səbəbləri araşdırılır.
Seçilən
59
1
nocomment.az

1Mənbələr