AZ

Cənubi Koreyada quş qripinə daha 2 yoluxma qeydə alınıb

Pekin, 10 dekabr, AZƏRTAC

Cənubi Koreyada yüksək patogenli quş qripinə daha 2 yoluxma qeydə alınıb.

AZƏRTAC Cənubi Koreya mediasına istinadla xəbər verir ki, yeni yoluxmalar Cənubi Çhunqçhon və Kyongi əyalətlərində quşçuluq fermalarında aşkarlanıb. Bununla da cari mövsümdə yoluxma ocaqlarının sayı 10-a yüksəlib. Hazırda həmin fermalarda epidemioloji təhqiqat aparılır.

Kənd Təsərrüfatı Nazirliyi quşçuluq təsərrüfatlarını virusun yayılmaması üçün qabaqlayıcı və karantin tədbirləri görməyə çağırıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Seçilən
46
1
azertag.az

2Mənbələr