AZ

Benzema “Əl-İttihad”la müqaviləsini uzatmayıb

37 yaşlı hücumçu Kərim Benzema Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu ilə müqaviləsini yeniləməyib.

90deqiqe.Az xəbər verir ki, bu barədə "Footmercato" məlumat yayıb. H

 Mənbənin məlumatına görə, uzadılması ilə bağlı yayılan söz-söhbətlərə baxmayaraq, futbolçu hələ klubdan rəsmi təklif almayıb. 

azırkı müqavilə 2026-cı ilin iyun ayına qədər qüvvədədir.

Cari mövsümdə Benzema bütün turnirlərdə 12 oyuna çıxaraq 11 qol vurub. Hücumçu 2023-cü ildən “Əl-İttihad”ın formasını geyinir və komandaya “Real”dan azad agent statusu ilə qoşulub. Transfermarkt portalının məlumatına görə, Benzemanın bazar dəyəri 7 milyon avrodur.

Seçilən
18
90deqiqe.az

1Mənbələr