AZ

Memarlıq abidəsinin eyvanı uçdu, hadisə şahidləri DANIŞDIVİDEO

Bakının mərkəzində binanın eyvanı uçub...

Xezerxeber.az xəbər verir ki, bina yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatındadır. Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb. ərazi üzrə mənzil-kommunal istismar sahəsinin əməkdaşları sözügedən ünvana cəlb ediliblər.

Şahidlər bildiriblər ki, uçan eyvan restoranın qarşısına tökülüb.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən "Xəzər Xəbər"ə bildirilib ki, 3320 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsi olan binanın ikinci mərtəbəsində yerləşən mənzilin eyvanı təbii təsirlərdən uçub. Xidmətin Bakı Regional İdarəsinin əməkdaşları ərazidə olublar. Binaya baxış keçirilib. Təhlükəsizliyin təmin olunması üçün aidiyyəti qurumların əməkdaşları ilə birgə zəruri tədbirlər görülüb. Qurumdan o da əlavə edilib ki, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Qanuna əsasən, xüsusi mülkiyyətdə olan tarixi abidələrdə təmir-bərpa işləri mülkiyyətçi və ya balanssaxlayıcı tərəfindən, Dövlət Xidməti ilə razılaşdırmaqla həyata keçirilməlidir. Məsələ ilə əlaqədar aidiyyəti dövlət orqanlarına müraciət olunacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
22
xezerxeber.az

1Mənbələr