AZ

BDU ilə ABŞ universitetləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub

525.az saytına istinadən ain.az xəbər verir.

Bakı Dövlət Universitetində (BDU) ABŞ-ın Mədəniyyət və Təhsil üzrə Nizamnaməli İnstitutunun (CCEI) prezidenti və Məsləhət Şurasının sədri Vasif Eyvazzadə ilə görüş keçirilib.

Bu barədə 525.az-a BDU-dan məlumat verilib.

Rektor Elçin Babayev tələbələrin beynəlxalq təcrübə əsasında inkişafını vahid konsepsiya şəklində inkişaf etdirən BDU-da belə görüşlərin mühüm əhəmiyyət daşıdığını bildirib. O, CCEI ilə bu il birgə əməkdaşlıq haqqında memorandum imzalandığını xatırladıb. Bu əməkdaşlığın universitetin tələbə və professor-müəllim heyətinin CCEI-nin təlim və peşəkar inkişaf imkanları ilə dəstəklənməsi, ABŞ universitetlərinin idarəetmə, kurikulum dizaynı, elm diplomatiyası və institusional təcrübələri üzrə bilik mübadiləsinin təşkilini ehtiva etdiyini vurğulayıb.

Daha sonra Vasif Eyvazzadə CCEI-nin əsas fəaliyyət istiqamətləri – “Mədəniyyət və təhsil menecmenti”, “Elm və texnologiya diplomatiyası”, “Dövlət və şəhər idarəçiliyi”, “Karyera və həyat dizaynı” proqramları haqqında geniş təqdimatla çıxış edib. O qeyd edib ki, institut dünyanın aparıcı universitetlərinin təcrübələrinə əsaslanan yeni nəsil təlim modelləri hazırlayır və bu proqramlar tələbələrə qlobal kompetensiyalar qazandırmağı hədəfləyir. O, institutun yeni aylıq üzvlük modeli - “Monthly Membership” (Ətraflı məlumat üçün: https://www.cultureeducation.org/monthly-membership-plan) planı haqqında da məlumat verib. Bildirib ki, bu model çərçivəsində institutun bütün proqramlarına, sertifikat kurslarına, mentorluq, seminar və ustad dərslərinə limitsiz giriş imkanı əldə etmək mümkündür.

Vasif Eyvazzadə, həmçinin qeyd edib ki, CCEI-nin əsas məqsədi yüksəkkeyfiyyətli təhsil və təcrübəni dünya səviyyəsində əlçatan etmək, tələbə və peşəkarlarda düşünmə keyfiyyətini və texnikalarını gücləndirməkdir.

Görüş tələbələrin institutun xidmətləri ilə bağı suallarının cavablandırılması ilə başa çatıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
155
525.az

1Mənbələr