AZ

“Ayaks” Bakıda “Qarabağ”ın qonağıdır - CANLI YAYIM

“Qarabağ” bu gün Çempionlar Liqasında “Ayaks”la (Niderland) qarşılaşacaq.

Sportinfo.az xəbər verir ki, 6-cı turun oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Matç saat 21:45-də start götürəcək. Oyunu sloveniyalı FİFA referisi Rade Obrenoviçin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.

“Qarabağ” hazırda turnir cədvəlində 7 xalla 21-ci pillədə qərarlaşıb. Əvvəlki beş qarşılaşmanın hamısında məğlub olan qonaqlar sonuncu – 36-cıdır.

Ağdam təmsilçisi 1-ci turda "Benfika"ya (3:2), 2-ci turda "Kopenhagen"ə (2:0) qalib gəlib, 3-cü turda "Atletik"ə məğlub olub (1:3), 4-cü turda "Çelsi" ilə heç-heçə (2:2) edib, 5-ci turda isə "Napoli"yə uduzub (0:2).

ÇL-in Liqa mərhələsində ilk 8 yeri tutan komandalar birbaşa 1/8 finala, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanacaqlar. 25-36-cı yeri tutanlar avrokuboklarda çıxışlarını başa vuracaqlar.

21:45. "Qarabağ" (Azərbaycan) - "Ayaks" (Niderland) 0:0

"Qarabağ": 99. Mateuş Koxalski, 2. Mateus Silva, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 8. Marko Yankoviç, 35. Pedro Bikalyo, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 17. Kamillo Duran

Baş məşqçi: Qurban Qurbanov

"Ayaks": 1. Vitezslav Yaroş, 2. Lukas Rosa, 15. Yuri Baas (k), 30. Aaron Bauman, 3. Anton Qaaey, 48. Şon Styor, 4. Ko İtakura, 24. Yorti Mokio, 7. Raul Moro, 10. Oskar Qlux, 9. Kasper Dolberq

Baş məşqçi: Fred Qrim

Hakimlər: Rade Obrenoviç, Yuri Praprotnik, Qreqa Kordez, Mateo Tozan (Sloveniya)

VAR: Matej Juq (Sloveniya)

AVAR: Alen Borosak (Sloveniya)

Seçilən
65
sportinfo.az

1Mənbələr