Görüntülər bugün yağan leysan yağışlarından sonra paytaxt ərazilərində yaranan vəziyyəti əks etdirir...
Xezerxeber.az xəbər verir ki, ötən gün axşam saatlarından başlayan güclü leysan yağışları mərkəz yollarla yanaşı, paytaxtın bir sıra kənd və qəsəbələrində subasmaya səbəb olub.
Vətəndaşlar bildirirlər ki, yağış səbəbindən bir sıra çətinliklər yaşanıb.
Bir tərrəfdə su basmış yeri keçmək üçün yol axtaran məktəblilər....
Digər tərəfdə isə yağışdan sonra daşan kanalizasiya quyusu. Bu görüntülər isə vətəndaşlar tərəfindən “Xəzər Xəbər”in qaynar xəttinə göndərilib.
Yağış və tullantı sularının ən çox toplaşdığı ərazilərdən biri də Zabrat qəsəbəsidir. Qaynat xəttə müraciət edən vətəndaş bildirir ki, 75 nömrəli məktəbin ərazisini su basdığına görə şagirdlər yolu keçməkdə çətinlik çəkiblər.
Digər bir görüntü isə Xəzər rayonu Türkan qəsəbəsi ərazisindən göndərilib. Eynilə bu küçəni də su basdığına görə, küçədən keçən avtobusun hərəkəti çətinləşib.
Leysan yağışlarının ən çox dolduğu ərazilərdən biri isə Suraxanı rayon DədəQorqud qəsəbəsi olub.
Bəs yağıntılı hava şəraiti səbəbindən ictimai nəqliyyatın hərəkətində hansı çətinliklər yaşanıb?
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.