Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
İçkili qadın sürücü avtomobillə iki piyadanı vuraraq xəstəxanalıq edib. Avtosfer.az xəbər verir ki, hadisə Rusiyanın Arxangelsk bölgəsində baş verib. Rəfiqəsinin ad günündə yeyib-içən 48 yaşlı qadın həyətyanı ərazidə park etdiyi “Volkswagen” markalı avtomobillə oradan çıxan zaman yolda gedən iki qız tələbəni vurub. Sükana nəzarəti daha da itiriən sərxoş sürücü maşını bu dəfə başqa bir park edilmiş “Hyundai Solaris”ə çırpıb. Qəza nəticəsində xəsarət alan tələbələrə ilkin tibbi yardıç göstərilib və ardınca xəstəxanaya aparılıblar. Polisin alkoqol testindən keçirilən 48 yaşlı qadın isə 1,8 promil sərxoş olub.
Sözügedən hadisənin kadrlarını təqdim edirik:
Namiq Musayev
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.