AZ

ABŞ dan Vahid Ələkbərovun şirkəti ilə bağlı mühüm qərar

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) “Lukoyl”un xarici aktivlərinə nəzarət edən “Lukoil International GmbH” şirkətinin lisenziyasının müddətini 17 yanvar 2026-cı ilədək uzadıb.

Globalinfo.az xəbər verir ki, bu barədə sənəd nazirliyin saytında dərc olunub.

“Lukoyl” 22 oktyabrda ABŞ-ın sanksiya siyahısına salındıqdan sonra OFAC şirkətin ilkin lisenziyasını dekabr ayının 13-dək vermişdi. Lisenziya danışıqlar aparılması, hüquqi və maliyyə yoxlamalarının keçirilməsi, eləcə də üçüncü tərəf məsləhətçilərinin cəlb edilməsinə icazə verirdi.

OFAC bildirir ki, “Lukoyl”un satışı üzrə şəffaf və səmimi danışıqlar aparılmadığı təqdirdə lisenziya istənilən vaxt ləğv oluna bilər.

Qeyd edək ki, “Lukoyl” hazırda 11 ölkədə aktivlərə malikdir. Bunlara Bolqarıstan, Rumıniya və Niderlandda neft emalı zavodları, Avropada yanacaqdoldurma məntəqələri, eləcə də Azərbaycan, Qazaxıstan, Özbəkistan, İraq, Misir, BƏƏ, Afrika və Latın Amerikasında hasilat layihələri daxildir.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
1
globalinfo.az

2Mənbələr