Bakı. Trend:
Böyük Britaniyanın Baş naziri Kir Starmer, Fransa PrezidentiEmmanuel Makron və Almaniya Kansleri Fridrix Merts ABŞ PrezidentiDonald Trampla Ukraynadakı vəziyyətlə bağlı telefon danışığıaparıblar.
Trend xəbər verirki, bu məlumatı “Sky News”a hökumət daxilindəki mənbətəsdiqləyib.
Mənbənin bildirdiyinə görə, söhbət zamanı tərəflər ABŞ-ninrəhbərlik etdiyi sülh təşəbbüsü çərçivəsində aparılan danışıqlarprosesinin hazırkı vəziyyətini müzakirə ediblər. “Aİ-3” liderləriVaşinqtonun Ukraynada ədalətli və davamlı sülhün əldə olunmasıistiqamətindəki səylərini yüksək qiymətləndiriblər.
Mənbə əlavə edib ki, yaxın günlərdə sülh planı üzərində intensiviş davam etdiriləcək.
Böyük Britaniyada ictimai çıxışı zamanı Emmanuel Makron söhbətintəxminən 40 dəqiqə sürdüyünü bildirib.