İsrailin mahnı müsabiqəsinə qatılması səbəbindən İslandiya “Eurovision 2026”dan imtina edib.
Publika.az xəbər verir ki, bu barədə İslandiyanın ictimai televiziyası məlumat yayıb.
Bildirilib ki, bu addım Avropa Yayım Birliyinin (AYB) İsraili yenidən müsabiqəyə qəbul etməsi qərarına etiraz olaraq atılıb.
Xatırladaq ki, 4 dekabrda AYB İsrailin Avroviziyada iştirakına icazə veriləcəyini açıqlayıb. Bundan sonra İspaniya, İrlandiya, Niderland və Sloveniya “Eurovision-2026”dan imtina edib.
“Eurovision” yarışması 2026-cı ilin may ayında Vyanada (Avstriya) keçiriləcək.