Avropa Yayım Birliyi (EBU) ötən həftə İsrailə müsabiqədə iştirak icazəsi verdikdən sonra İslandiya 2026-cı ildə keçiriləcək “Eurovision” Mahnı Müsabiqəsinə qatılmayacağını açıqlayıb.
Editor.az xəbər verir ki, İslandiyanın ictimai yayım qurumu RÚV EBU-nun İsrailin yarışa buraxılması ilə bağlı qərarına etiraz olaraq 2026-cı il “Eurovision”dan geri çəkildiyini bəyan edib.
Qeyd edək ki, gələn il may ayında Vyanada keçiriləcək müsabiqədə İsrailin iştirakına icazə verilməsi qərarı bundan əvvəl İspaniya, Hollandiya, İrlandiya və Sloveniya tərəfindən də etirazla qarşılanmış, həmin ölkələr Qəzza münaqişəsində İsrailin siyasətini əsas gətirərək müsabiqədən imtina etmişdilər.
//Gülnarə Abasova, Editor.az