“Qremio”nun futbolçusu Alisson İngiltərə Premyer Liqasına keçməyə yaxındır.
İdmanxeber.az xəbər verir ki, “Aston Villa” 19 yaşlı braziliyalı vinger üçün qarşı tərəfə 12 milyon avroluq təklif göndərib. “Bolavip Brasil”in məlumatına görə, transferin yanvar ayında rəsmiləşməsi gözlənilir.
Qeyd edək ki, “Qremio”nun yetirməsi olan Alisson cari mövsümdə 43 oyunda 2 qol və 5 assistlə yadda qalıb.