AZ

"Google"un Fransadakı aktivlərinə həbs qoyuldu

"Google"un Fransadakı aktivlərinə Rusiyadakı törəmə şirkətinin şikayətindən sonra həbs qoyulub.

Teleqraf xəbər verir ki, bu barədə “Art de Lex” hüquq firmasının nüçayəndəsi Artur Zurabyan bildirib.

Zurabyanın sözlərinə görə, "Google" MMC-nin aid olduğu "Google İnternational" MMC-yə qarşı iddiası Paris məhkəməsi tərəfindən təmin edilib.

"Google" MMC-nin iddiası Moskva Arbitraj Məhkəməsinin şirkətin iflas işi üzrə çıxardığı qərara əsaslanır. Məhkəmə borclunun kreditorlara borcunu ödəməkdən yayınmaq üçün qəsdən divident ödədiyi qənaətinə gəlib.

Seçilən
23
1
teleqraf.com

2Mənbələr