AZ

Danimarka ilk dəfə olaraq ABŞ-ı öz təhlükəsizliyi üçün "potensial təhdid" adlandırıb

Danimarka Müdafiə Kəşfiyyat Xidməti ilk dəfə olaraq ABŞ-ı potensial təhlükəsizlik təhdidi kimi müəyyən edib. Səbəb Arktikada artan geosiyasi gərginlikdir.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Bloomberg-ə istinadən məlumat yayıb.

Kopenhageni narahat edən əsas amillərdən biri ABŞ-ın Qrenlandiyaya artan marağıdır. Arktika bölgəsi böyük dövlətlərin rəqabət meydanına çevrilir və Vaşinqton Donald Trampın "adaya nəzarəti ələ keçirmək" istəyi ilə bağlı açıqlamalarından sonra diplomatik təzyiqi və hərbi ritorikanı artırıb.

Kəşfiyyat qiymətləndirmələrinə görə, ABŞ artıq tərəfdaşları ilə münasibətlərdə belə hərbi güc tətbiqini istisna etmir və onun iqtisadi alətlərindən, o cümlədən tarif təzyiqindən, siyasi təsir üçün fəal şəkildə istifadə olunur.

Eyni zamanda, hesabatda Rusiya və Çinin Danimarka və region üçün əsas təhdidlər olaraq qaldığı vurğulanır. Kremlin hibrid hücumları riski artmaqdadır, Çinin iqtisadi və hərbi yüksəlişi isə Qərbin mövqeyinə meydan oxuyur.

QAZİLER.AZ

Seçilən
58
qaziler.az

1Mənbələr